AZ

Polşada PUA qəzaya uğradı

Polşanın mərkəzi hissəsində, Kuyavsko-Pomorsk Voevodluğunun İnovrotslav şəhərində hərbi təyinatlı PUA qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlanma Qrupu (PGZ) "X" sosial şəbəkəsində məlumat yayıb.

“23 oktyabr tarixində 2 saylı Hərbi Aviasiya Zavoduna məxsus pilotsuz uçuş aparatı ilə bağlı insident baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb,” - deyə paylaşımda bildirilir.

PGZ-nin açıqlamasına görə, zavodun nümayəndələri insidentin səbəblərini araşdırırlar.

Qeyd edək ki, bundan əvvəl Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsençkeviç bəyan etmişdi ki, respublika Rusiya ilə hərbi münaqişə vəziyyətindədir.

Seçilən
109
publika.az

1Mənbələr