Bakı. Trend:
Vaşinqton administrasiyası ABŞ-yə qanunsuz maddələrinqaçaqmalçılığında məsul olan narkotik kartellərinin üzvlərini məhvetmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampdeyib.
"Düşünmürəm ki, biz [ABŞ Konqresindən] [narkotik kartellərinə]müharibə elan etməsini mütləq istəyək. Düşünürəm ki, biz sadəcəölkəmizə narkotik gətirən insanları öldürəcəyik. Biz onlarıöldürəcəyik", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl D.Tramp Cənubi Amerika narkotik kartellərini İŞİDterror qruplaşması ilə müqayisə edib və onları "Qərb yarımkürəsininİŞİD-i" adlandırmışdı.