BAKI, 24 oktyabr. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza sektorunda səhiyyə sisteminin bərpası üçün ən azı 7 milyard dollar vəsaitin lazım olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədəki brifinqdə məlumat verib.
O qeyd edib ki, ÜST əvvəllər 41 xəstə və 145 müşayiət edən şəxsi bir neçə ölkəyə təxliyə etməyə kömək edib. Hazırda isə 15 min xəstə Qəzza xaricində müalicəyə ehtiyac duyur, onlardan 4 min uşaqdır. ÜST rəhbəri həmçinin bildirib ki, 700-dən çox insan təxliyə olunmadan vəfat edib.
BMT, Avropa İttifaqı və Dünya Bankının qiymətləndirməsinə görə, Qəzzanı tam bərpa etmək üçün təxminən 70 milyard dollar tələb olunur, lakin sektorun bütün əraziləri bərpa olunmayacaq.