AZ

Tramp Si Tsinpinlə fentanil problemi barədə danışmağı planlaşdırır

ABŞ prezidenti Çinlə yeni ticarət razılaşması və narkotiklərlə mübarizə məsələlərini gündəmə gətirəcək...

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə yaxın vaxtlarda görüşəcəyini və əsas müzakirə mövzusunun fentanil maddəsinin istehsalı və yayılması olacağını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Reuters Agentliyi mənbələrə istinadən yayıb.

Tramp ikinci prezidentlik müddətində Çin lideri ilə keçirəcəyi ilk görüşdən optimist gözləntilərini ifadə edib və ticarət razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Si Tsinpinlə danışıqlar zamanı ilk sualı məhz fentanil mövzusu ilə bağlı olacaq.

Vaşinqton Pekini fentanil istehsalı üçün istifadə edilən kimyəvi maddələrin ixracını nəzarətdə saxlaya bilməməkdə ittiham edir. ABŞ rəsmiləri hesab edir ki, bu maddələrin qanunsuz dövriyyəsi ölkədə sintetik narkotik epidemiyasının əsas səbəbidir. Çin isə bu iddiaları rədd edərək, narkotiklərlə mübarizə sahəsində əldə etdiyi nəticələrlə fəxr etdiyini və ABŞ-ın “fentanil məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini” bildirir.

Qeyd olunur ki, Tramp administrasiyası ticarət müharibəsi dövründə Çin kimya sənayesindən gələn maddələr axınını bəhanə edərək Çin mallarına əlavə rüsumlar tətbiq etmişdi.

Eyni gün Reuters agentliyi Meksikadan ABŞ-yə Çin vətəndaşı Çji Donqun deportasiyası barədə də məlumat yayıb. Meksika hökumətindəki mənbəyə görə, həmin şəxs ABŞ-da narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur və beynəlxalq axtarışda idi.

Poliqon.info

Seçilən
142
poliqon.info

1Mənbələr