AZ

Kolumbiya prezidenti: narkotacirlər Trampın əlaqələrindən istifadə edir

BAKI, 24 oktyabr. TELEQRAF

Kolumbiya prezidenti Qustavo Petro kolumbiyalı narkotacirlərin ABŞ-də yaşadığını və prezident Donald Tramp ilə əlaqələrindən öz məqsədləri üçün yararlandıqlarını bəyan edib.

Teleqraf xəbər verir ki, bu fikirləri Petro "Noticias Caracol" telekanalının canlı yayımladığı mətbuat konfransında səsləndirib.

“Kolumbiyanın ultrasağ qüvvələri Mayamidə yaşayır, narkotik ticarəti və lobbiçiliklə məşğul olur. Onların məqsədi Trampdan və onunla dostluq münasibətlərindən istifadə etməkdir”, - deyə dövlət başçısı bildirib.

Petronun sözlərinə görə, kolumbiyalı narkotacirlər təkcə ABŞ-də deyil, həm də Dubay, Roma və Madrid kimi şəhərlərdə yaşayırlar.

Seçilən
133
teleqraf.com

1Mənbələr