AZ

Rusiyada qidadan zəhərlənənlərin sayı 165 nəfərə çatıb » AzadMedia.az

Rusiyada

Rusiya Federasiyasının Buryatiya Respublikasında fast-fuddan zəhərlənənlərin sayı 159 nəfərdən 165-ə çatıb.

Bu barədə yerli mətbuat regional Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəhərlənənlər arasında 92 uşaq var.

Nazirlik əlavə edib ki, Respublika Klinik İnfeksiya Xəstəxanasına 82 nəfər yerləşdirilib, onlardan 32-si qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Kəskin bağırsaq infeksiyası əlamətlərinin müşahidə olunduğu ilk zərərçəkənlər oktyabrın 18-də axşam tibb müəssisəinə müraciət etməyə başlayıblar.

Seçilən
103
2
azadmedia.az

3Mənbələr