AZ

Oqtay Şirəliyevin yerinə təkrar seçki keçiriləcək

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. 

"Yeni Sabah" xəbər verir ki, toplantı noyabrın 25-də keçiriləcək. 

Yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq. pizza hut

Toplantının gündəliyinə "Respublika Diaqnostika Mərkəzi" ASC-yə yeni baş direktorun seçilməsi daxildir.

Qeyd edək ki, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Onun vəfatından sonra - oktyabrın 9-da ASC-nin növbədənkənar ümumi yığıncağı çağırılmışdı. Həmin toplantının gündəliyində bir məsələ vardı - baş direktorun seçilməsi. Görünür yığıncaqda seçki baş tutmayıb. Ona görə də "Respublika Diaqnostika Mərkəzi" səhmdarlarının eyni gündəliklə yeni yığıncağı çağırılıb. 

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
88
2
yenisabah.az

3Mənbələr