AZ

Israel Hayom: Azərbaycan və İndoneziya Qəzza sektorunda beynəlxalq sabitlik qüvvələrinə rəhbərlik edəcək...

İsrailin etirazından sonra Türkiyə missiyadan kənarlaşdırılıb, ABŞ isə qərarı dəstəkləyib...

Poliqon xəbər verir ki, Israel Hayom nəşrinin məlumatına görə, Azərbaycan və İndoneziya Qəzza sektoruna göndərilməsi planlaşdırılan Beynəlxalq Sabitlik Qüvvələrinin əsas rəhbər ölkələri kimi çıxış edəcəklər. Nəşrin yazdığına əsasən, bu iki ölkə on minlərlə hərbçidən ibarət çoxmillətli kontingentin “nüvəsini” təşkil edəcək.

Məlumata görə, qərar İsrailin Türkiyə qoşunlarının missiyada iştirakına veto qoymasından sonra qəbul edilib. ABŞ hökuməti də bu məsələdə İsrailin mövqeyini dəstəkləyib. Mənbələr bildirir ki, İndoneziya BMT mandatı altında beynəlxalq sülhməramlı əməliyyatlarda geniş təcrübəyə malikdir, Azərbaycan isə İsraillə təhlükəsizlik və müdafiə sahəsində ən yaxın tərəfdaşlardan biri sayılır.

Hazırda Azərbaycan və İndoneziya bölmələrinin yerləşdirilməsi ilə bağlı ilkin koordinasiya işləri aparılır. Bununla belə, proses hələ başlanğıc mərhələsindədir. İndoneziya tərəfi missiyanın yalnız BMT Təhlükəsizlik Şurasının rəsmi qətnaməsi ilə sanksiyalaşdırılması şərtini irəli sürüb.

Ekspertlər qeyd edirlər ki, belə bir kontingentin yaradılması bölgədə atəşkəsin sabitləşməsi və humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm addım ola bilər.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr