Gələn ildən fiziki şəxslərin gəlir vergisi ilə bağlı mövcud güzəştlərin müddəti başa çatacaq. 2026-cı ilin yanvar ayından etibarən vətəndaşların əməkhaqlarından yeni vergi dərəcələrinin tətbiqinə başlanacaq. Hazırlanan layihəyə görə, aylıq əməkhaqqısı 2500 manata qədər olan şəxslər üçün gəlir vergisi 3 faiz təşkil edəcək.
Day.Az-ın Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan artıq, lakin 8000 manatdan azdırsa, bu halda 10 faiz vergi tutulacaq. 8000 manatdan yuxarı əməkhaqqı alanlar isə 14 faiz gəlir vergisi ödəyəcəklər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, gələcək illərdə bu vergi dərəcələri mərhələli şəkildə artırılacaq. Belə ki, 2027-ci ildə vergi faizi 5 faizə, 2028-ci ildə isə 7 faizə yüksələcək.
Deputat həmçinin qeyd edib ki, bu dəyişikliklərin işçilərin real əməkhaqqına təsir edib-etməməsi müəssisə rəhbərlərinin qərarından asılı olacaq.
Mövzu ilə bağlı ətraflı videomaterial: