Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə “Karvan-Yevlax” “Turan Tovuz”la qarşılaşacaq. Bu görüş Şamaxıda keçiriləcək.
Günün digər oyunu “Kəpəz”lə “İmişli” arasında olacaq. Tərəflər Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.
“Araz-Naxçıvan” – “Sabah” və “Zirə” – “Sumqayıt” oyunları oktyabrın 25-də, “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” matçları isə bir gün sonra keçiriləcək.