Məlumat toplamaq üçün istifadə edilən süni intellekt özülüyündə heç bir təhlükə yaratmır.
AzPost bildirir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə ekspert Aleksey Lukatski aif.ru ilə söhbətində bildirib.
“Süni intellekt özü təhlükə yarada bilməz, amma onun arxasında duran insanlar şübhəsiz ki, təhlükə yarada bilər. Onlar ehtimal ki, artıq məlumat toplayırlar. Necə ki, istənilən sosial şəbəkə öz istifadəçiləri, axtarış sistemi insanların axtarış sorğuları və maraqları haqqında məlumat toplayırsa Sİ-də belə çalışır”-deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, süni intellektlə işləyən istənilən sistem istifadəçinin interfeysində etdiyi sorğuları araşdıracaq.
Ekspert həmçinin qeyd edib ki, süni intellekt adi istifadəçi üçün məlumat toplamaq vəzifəsini çətinləşdirir, onu sadələşdirmir: “Əksinə, süni intellekt vəzifəni çətinləşdirir. Çünki bütün zəruri məlumatların toplanması və ən əsası, toplanan böyük həcmli məlumatların şərh edilməsi, süni intellektə əsaslananlar da daxil olmaqla fərqli bacarıq və texnologiyalar tələb edir. Bu, məlumatların təhlilində iştirak edəcək insanların hazırda mövcud olanlardan tamamilə fərqli bilik və bacarıqlara sahib olmasını tələb edir”, – deyə Lukatski yekunlaşdırıb.
