AZ

Türkmənistan Xəzər dənizində yeni layihələr həyata keçirməyə dəvət etdi

BAKI, 24 oktyabr. TELEQRAF

Türkmənistanın “Türkmənnebit” Dövlət Konserninin sədri Güvənc Ağacanov Aşqabadda keçirilən OGT 2025 Beynəlxalq Konfransında çıxış edib.

Teleqraf xəbər verir ki, o, çıxışında Türkmənistanın beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirməyə və Xəzər şelfinin zəngin karbohidrogen ehtiyatlarının işlənməsi üçün investorları cəlb etməyə hazır olduğunu bildirib.

Türkmənistanın ümumi karbohidrogen ehtiyatlarının neft ekvivalentində 71 milyard tondan çox olduğunu vurğulayan Ağacanov Xəzər dənizinin Türkmənistan sektorunda lisenziyalı blokların işlənməsini əsas investisiya sahəsi kimi müəyyənləşdirib.

“Bu gün Türkmənistan dəniz ehtiyatlarının işlənməsinə yeni tərəfdaşlar dəvət edir”, - o qeyd edib.

Seçilən
62
teleqraf.com

1Mənbələr