AZ

Liviyada 10 il sonra bir ilk yaşandı

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Liviyada 10 il sonra bir ilk yaşanıb.

Ölkə.Az “Star” qəzetinə istinadla xəbər verir ki, Əlcəzairin milli neft və təbii qaz şirkəti olan “Sonatrach” 10 illik fasilədən sonra Liviyada neft kəşfiyyatına başlayıb.

Bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) məlumat yayıb. 

NOC “Sonatrach”ın Liviyanın şimal-qərbindəki Qadamis bölgəsindəki 96/2 blokunda neft kəşfiyyatına başladığını açıqlayıb.

Qeyd edək ki, “Sonatrach” və NOC 2008-ci ildə ərazidə neft kəşfiyyatı və istehsalı müqaviləsi imzalayıblar.

Şirkət o vaxt Qadamisdə kəşfiyyat işlərinə başlayıb və 2400 metr dərinliyə çatıb.

Liviyadakı qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Əlcəzair şirkətinin 2014-cü ildə bölgədəki kəşfiyyat fəaliyyətini dayandırdığı bildirilir.

Billurə Yunus

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
2
olke.az

3Mənbələr