ain.az bildirir, Oxu.az portalına istinadən.
Növbəti 4 ildə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı il dövlət büdcəsi zərfində əksini tapıb.
Sənədə əsasən, yerli istehsalın dəstəklənməsi məqsədilə ölkə ərazisində istehsal olunan yük avtomobillərinin satışına və onların ehtiyat hissələrinin idxalına da vergi güzəştləri tətbiq ediləcək.
Bildirilir ki, bu tədbirlər yerli istehsalın rəqabət qabiliyyətini artırmaq, sənaye sektoruna investisiyaları stimullaşdırmaq və daxili bazarın inkişafını dəstəkləmək məqsədi daşıyır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.