AZ

Xabi Alonso Ardanı Virtslə müqayisə etdi -"Möhtəşəm oyunçudur"

"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güləri "Liverpul"un vingeri Florian Virtslə müqayisə edib.

Fanat.Az xəbər verir ki, AS nəşri ispan mütəxəssisin dediklərini belə çatdırıb:

"Mən onun inkişafından çox məmnunam, lakin biz Ardadan daha çox şey istəyirik. Virts "Bayer"də onun kimi idi. O, gəncdir, lakin artıq möhtəşəm oyunçudur və yüksəlişdədir". 

Xatırladaq ki, ispan çalışdırıcı Virsi “Bayer Leverkuzen”də çalışdırıb. Yayda alman "Liverpul"a keçib. İngiltərə nəhəngi 22 yaşlı futbolçu üçün Almaniya təmsilçisinə 125 milyon avro ödəyib.
2025/2026 mövsümündə Gülər ​​18 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. 20 yaşlı türkün bazar dəyəri 60 milyon avrodur. Virts isə bu mövsüm 12 matçda 3 məhsuldar ötürmə edib. 

Mirağa

Seçilən
25
1
fanat.az

2Mənbələr