Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Quliyevin anası Sərbi Quliyeva vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, o, 83 yaşında yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində dünyasını dəyişib.
Mərhum Bərdə rayonunun Kətəlparaq kəndində dəfn olunacaq. pizza mizza
Qeyd edək ki, Sərbi Quliyevanın oğlu Natiq Quliyev Azərbaycan Dövlət Neft Akademiyasınındakı təhsilini yarımçıq qoyaraq, vətənin müdafiəsinə yollanıb. O, Xocalı soyqırımı zamanı itkin düşüb və sonrakı taleyindən indiyədək heç bir xəbər yoxdur.
Nazim Hacıyev
Telegram kanalımız