AZ

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNDİ

BAKI, 24 oktyabr. TELEQRAF

Oktyabrın 22-də Məmmədov Bəxtiyar Akif oğlu Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində əlini yumaq məqsədilə kanala yaxınlaşarkən ehtiyatsızlıq nəticəsində suya yıxılıb.

Teleqraf xəbər verir ki, Bəxtiyar Məmmədovun tanışları onu sudan çıxarmağa cəhd etsələr də, bu mümkün olmayıb.

Məlumat daxil olduqdan sonra xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Bəxtiyar Məmmədovun meyiti suya düşdüyü ərazidən tapılaraq sudan çıxarılıb və məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

***

13:03

MİNGƏÇEVİR, 23 oktyabr. TELEQRAF

Okyabrın 22-də Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

12:50

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun meyiti Qarabağ kanalında batdığı ərazidə aşkarlanıb.

FHN-nin Aran Dalğıc Axtarış qrupu tərəfindən aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr