AZ

"Real"a şad xəbər: Onlar "El-Klasiko"da oynaya biləcəklər

"El-Klasiko" öncəsi "Real"ın heyətlə bağlı durumu xeyli yaxşılaşıb.

Publika.az xəbər verir ki, zədəli futbolçular – müdafiəçilər Trent Aleksander-Arnold, Dani Karvaxal və Din Höysen, həmçinin yarımmüdafiəçi Dani Sebalyos sağalıb və oyuna hazırdırlar. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bütün dörd futbolçu zədələrini tam bərpa edib və bazar günü “Barselona”ya qarşı keçiriləcək görüşdə iştirak edə biləcəklər.

Qarşılaşma “Santyaqo Bernabeu” stadionunda Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Seçilən
58
publika.az

1Mənbələr