AZ

Berbok: BMT Təhlükəsizlik Şurasında islahatın vaxtıdır

BAKI, 24 oktyabr. TELEQRAF

“BMT Təhlükəsizlik Şurasında islahat artıq çoxdan yetişib, amma yaxın vaxtlarda bunun baş verəcəyi çox ehtimal olunmur”.

Teleqraf xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri, Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok “Politico” qəzetinə müsahibəsində deyib.

Berbokun sözlərinə görə, bu istiqamətdə irəliləmək addım-addım, daha çox şəffaflıq təmin etməklə və veto qərarlarının səbəblərinin izahını tələb etməklə mümkün ola bilər.

O həmçinin qeyd edib ki, BMT-yə artan maliyyə təzyiqləri şəraitində təşkilatın əsas fəaliyyət istiqamətləri daha dəqiq müəyyən edilməlidir. Bunların sırasında o, blokadaların aradan qaldırılması, təşkilatın səmərəliliyinin artırılması (məsələn, bəzi qurumların birləşdirilməsi, yerli səviyyədə kadr sayının artırılması) və süni intellektdən istifadə kimi tədbirləri sadalayıb.

ABŞ-nin BMT-dəki roluna toxunan Berbok bildirib ki, Prezident Donald Trampın “Hər şeydən öncə Amerika” proqramına baxmayaraq, Vaşinqtonun çoxtərəfli yanaşmaya güclü və mühüm dəstəyi qalmaqdadır.

Berbok əlavə edib ki, BMT mübahisəli məsələlərin həll olunduğu və qərarların formalaşdığı yer olaraq qalmalıdır, ən əsası BMT Nizamnaməsinin prinsiplərini sual altına qoymaq olmaz.

Seçilən
58
4
teleqraf.com

5Mənbələr