AZ

Meksikada insan qalıqları olan çantalar aşkarlandı

Meksikada insan qalıqları olan 48 çanta aşkarlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Xalisko ştatında qeydə alınıb. Bildirilir ki, kütləvi məzarlıq "Guerreros Buscadores de Jalisco" axtarış təşkilatının üzvləri tərəfindən aşkar edilib.

İtkin düşmüş şəxslərlə iş üzrə Xüsusi Prokurorluq istintaqın davam etdirildiyinə aydınlıq gətirib. Torpaq sahəsinin relyefi və dərinliyinə görə ağır texnikadan istifadə edilir. Meyitlərin sayını və ölənlərin kimliyini məhkəmə-tibb ekspertləri müəyyən edəcək.

Bildirilir ki, 15 900-dən çox insan rəsmi olaraq Xaliskoda itkin düşənlər siyahısına salınıb ki, bu da cinayətkar qrupların fəaliyyəti ilə bağlıdır.

Seçilən
139
1
unikal.az

2Mənbələr