AZ

ABŞ-də Rusiya ilə bağlı hazırlıq başladı - Zaxarovadan sərt təpki

BAKI, 24 oktyabr. TELEQRAF

“ABŞ Senatının ukraynalı uşaqlarla bağlı təşəbbüsləri Moskva və Vaşinqton arasında dialoq və uşaqların ailələrinə qovuşması məsələsinə xələl gətirmək məqsədi daşıyır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

“Mətbuat ABŞ Konqresinin yuxarı palatasında bir sıra anti-Rusiya, o cümlədən “Ukraynalı uşaqların oğurlanması”na görə Rusiyanın “terrorizmin sponsoru dövlət” elan edilməsinə dair qanun layihələrinin baxılması üçün hazırlandığını bildirib. Bu qanunvericilik təşəbbüslərini Rusiya və ABŞ arasında qurulmuş dialoqu, o cümlədən Ukraynadakı münaqişə zamanı ailələri ilə müxtəlif səbəblərdən əlaqəni itirmiş uşaqların yenidən birləşdirilməsi məsələsini pozmaq cəhdi kimi qiymətləndiririk”, - o bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayətlər Məhkəməsi 2023-cü il martın 17-də Rusiya Prezidenti Vladimir Putin və ölkənin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Hər ikisi ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin rəhbərinə qarşı verilən ilk belə orderdir.

Seçilən
62
2
teleqraf.com

3Mənbələr