AZ

Ülvi Mehdiyev: Yeni çağrışlara cavab vermək üçün islahatlar aparılmalıdır

BAKI, 24 oktyabr. TELEQRAF

Ləğv edilən iş yerlərində yaradılan yeni işlər yeni bacarıqlar tələb edəcək.

Teleqraf xəbər verir ki, bunu Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan süni intellekt sahəsində gecikməyib, vaxtında işə başlayıb.

"Bütün bunlar onu göstərir ki, Azərbaycan yeni islahatlara hazırdır.Bu istiqamətdə uğur qazanmaqda innovasiyaların da böyük rolu var. Yeni texnologiyalar yeni çağrışlar yaradır. Biz də bu çağrışlara cavab vermək üçün islahatlar aparmalıyıq. Bizim məqsədimiz bütün sahələrdə süni intellektin müsbət cəhətlərindən istifadə etməkdir", -o əlavə edib.

Seçilən
54
teleqraf.com

1Mənbələr