AZ

Bennon: “Tramp 3-cü müddətə hazırlaşır”

AzVision.az xəbər verir ki, “The Economist” nəşrinə müsahibəsində belə deyən Stiv Bennon insanların bununla sadəcə, barışmalı olduğunu vurğulayıb.

Sabiq müşavir, həmçinin ABŞ Konstitusiyasındakı bir şəxsin iki dəfədən artıq (ardıcıl və ya fasilələrlə) prezident vəzifəsində işləməsini qadağan edən 22-ci Düzəlişi şərh edib.

“Çox müxtəlif alternativlər var. Münasib vaxtda planımızı açıqlayacağıq. Ancaq bir plan var. 2016-cı ildə şansımız 2024-cü ildəkindən daha az idi. 2028-ci ildəki şansımız isə bundan çoxdur”,- Bennon bildirib.

Onun sözlərinə görə, Tramp Amerika prezidenti olacaq və ölkənin buna ehtiyacı var.

- Əgər Amerika xalqı mövcud mexanizmlərdən istifadə edərək Trampı vəzifəsinə qaytarsa, bu, Amerika xalqının Konstitusiyanı pozduğu anlamına gəlirmi? Bu, pozuntu olacaqmı? Amerika xalqı Konstitusiyanın ruhuna zidd hərəkət edirmi?”, - siyasətçi ABŞ-nin əsas qanundakı 22-ci Düzəlişə münasibətini bildirib.

Stiv Bennon diqqətə çatdırıb ki, Amerika xalqının iradəsi Konstitusiyanın təcəssümüdür. Bu baxımdan, Donald Trampın 2028-ci ildə qalib gəlib vəzifəsində qalmasının yeganə yolu Amerika xalqının iradəsidir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
100
1
azvision.az

2Mənbələr