AZ

Xankəndi şəhərində yerləşən inzibati binanın daxili hissəsinin interyer həllərinin layihələndirilməsi xidmətinə 97 min xərclənəcək

Xankəndi şəhərində yerləşən inzibati binanın və Təhsil, Elm və Mədəniyyət binasının interyer həllinin layihələndirilməsi xidmətinə 97 220 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu iki xidməti eyni qurum – “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək.

 

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və institut arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 24 Oktyabr 2025, 10:54   
Seçilən
60
pravda.az

1Mənbələr