Rusiya gələcəkdə dondurulmuş aktivlərdən istifadə hüququnu bərpa edərsə, bunun üçün kompensasiyaya zəmanət verilməlidir.
Publika.az “Euractiv”ə istinadən xəbər verir ki, bunu ölkəsinin Avropa İttifaqının (Aİ) Ukraynaya təklif etdiyi krediti dəstəkləməkdən imtinasını müdafiə edən Belçikanın baş naziri Bart de Vever deyib .
Onun sözlərinə görə, yəqin ki, ən vacib şərt üzv dövlətlərin Rusiya aktivlərin qanuni mülkiyyətini bərpa edəcəyi təqdirdə dərhal kompensasiya almasına zəmanət verməsidir, lakin bu tələb danışıqlar masasında böyük ajiotaj yaratmayıb.
De Vever digər üzv dövlətləri və Qərb müttəfiqlərini Rusiya aktivlərindən öz yurisdiksiyaları altında istifadə etmək öhdəliyini götürməyə çağırıb.
"Başqa ölkələr, əgər onların aktivlərini birləşdirsəniz, tam olaraq Belçika ilə eyni məbləğə sahib olardılar. Bütün bu pullar hara getdi? Heç hara", - baş nazir deyib.