
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Çinin 2020-ci ildə imzaladığı ticarət müqaviləsinin şərtlərini yerinə yetirməməsi səbəbindən ticarət araşdırması açmağa hazırlaşdığı bildirilib.Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, bu barədə New York Times (NYT) qəzeti araşdırma aparıb.Qeyd olunub ki, hesabatda ABŞ və Çin arasında daha çox gömrük vergisinin gərginliyə səbəb ola biləcəyi ilə bağlı qiymətləndirmə yer alır. Bu addımın gələn həftə baş tutması gözlənilən Tramp və Çin lideri Si Cinpinin görüşündən əvvəl atıldığı əlavə olunub.İlahə Qənbərli
Missiya.Az