Türkiyəli müğənni Aleyna Tilki istirahət üçün getdiyi Amsterdamda qarət olunub.
7News.Az Türkiyə mətbuatna istinadən xəbər verir ki, bu haqda o özü məlumat verib.
Tilki sosial media hesabından yayımladığı video ilə oğurlanmış pasportunun tapılması üçün kömək istəyib:
""Dostlar, mən hazırda Amsterdamdayam. Çantam, pasportum, noutbukum və hər şeyim oğurlanıb. Adətən qiymətli əşyaları götürüb pasportları və çantanı bir yerə atırlar. ABŞ-da çox vacib bir səhnədə çıxış etməli idim və pasportumu tapmalıyam. Onu tapan hər kəsə böyük bir dua edəcəyəm".