AZ

NBA: “Oklahoma-Siti Tander” ardıcıl ikinci qələbəsini qazanıb

Bakı, 24 oktyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında “İndiana Peysers” doğma meydanda “Oklahoma-Siti Tander”ə 135:141 hesabı ilə məğlub olub.

Qalib komandanın bombardiri 55 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub. Qonaqların heyətində Bennedikt Maturin 36 xal və 11 ribaundla yadda qalıb. Bununla da “Oklahoma-Siti Tander” yeni mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb.

"Qolden Steyt" isə evdə “Denver Naqqets”ə 137:131 hesabı ilə qalib gəlib. Meydan sahiblərində Stiven Körri 42 xalla fərqlənib. Denver təmsilçisinin ən məhsuldar oyunçusu 55 xalla Aaron Qordon olub.

Seçilən
59
2
azertag.az

3Mənbələr