AZ

Diri heyvan satışı bazarlarında aparılan dezinfeksiya işləri heyvanlar arasında xəstəliklərin yayılmasını qarşısını alır - AXA

Bakı.Trend:

Heyvan sağlamlığının qorunması və xüsusi təhlükəli xəstəliklərinyayılmasının qarşısının alınması məqsədilə bölgələrdə fəaliyyətgöstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri diriheyvanların satıldığı bazarlarda mütəmadi olaraq dezinfeksiyaişləri həyata keçirir.

Trend xəbərverir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığıvə Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimovaçıqlamasında deyib.

O bildirib ki, görülən tədbirlər çərçivəsində bazarlarıngiriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb:

“Baryerlər vasitəsilə heyvan və insanların hərəkəti nəzarətdəsaxlanılır, bu isə xəstəliklərin yayılma riskini minimuma endirir.Dezinfeksiya üçün “Acidex” və “Formalin” məhlulundan istifadəolunur ki, bu da virusların, o cümlədən digər xəstəliktörədicilərinin effektiv məhv edilməsini təmin edir”.

Yusif İbrahimov bildirib ki, bazarlarda satılan hər bir diriheyvana baytar həkimlər tərəfindən təftiş və sağlamlıq baxışıkeçirilir: “Heyvanlarda xəstəlik əlamətləri aşkar edildiyi halda,onlar satışa çıxarılmır və müvafiq tədbirlər görülür. Bu tədbirlərsayəsində bazarlarda sağlam və təhlükəsiz heyvanların satışı təminedilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyatakeçirdiyimiz bu tədbirlər sayəsində xüsusi təhlükəli xəstəliklərinbazarlarda yayılmasının qarşısı alınır, heyvan sağlamlığı qorunur,təsərrüfat sahibləri və alıcılar üçün təhlükəsiz şərait yaradılır.Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi olaraq, bizheyvan sağlamlığının müdafiəsi və xəstəliklərin qarşısının alınmasıistiqamətində işimizi davam etdiririk və əhalini məsuliyyətliolmağa, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edilərsə,dərhal baytar mütəxəssislərə müraciət etməyə çağırırıq”.

Seçilən
67
5
az.trend.az

10Mənbələr