AZ

Süni intellekt “Əlillik” altsistemində

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Əlillik” altsistemində süni intellekt əsaslı funksionallıq hazırlanaraq istifadəyə verilmişdir”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün” adlı beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, bu funsionallıq əsasında tibbi göndərişlərdə mətn analizi həyata keçirilir, şəxsi məlumatlar və sui-istifadələrə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edərək tənzimlənir. Eyni zamanda, gələcək üçün “Əlillik” altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaqdır.

Süni intellekt həllərinin həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur: “Ümumilikdə, Nazirliyin bütün fəaliyyət istiqamətlərində vətəndaş məmnunluğunun və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə süni intellekt əsaslı həllərin tətbiqi qarşıya qoyulmuş strateji hədəflərdən biridir” - nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
7
qafqazinfo.az

10Mənbələr