AZ

Müharibə yaxınlaşır: İlk hərbi addım atıldı - 72 saat davam edəcək

Venesuelada siyasi və hərbi gərginlik fonunda ölkə miqyasında, xüsusilə də Karib dənizi sahillərində 72 saat davam edəcək genişmiqyaslı hərbi təlimlərə start verilib.

Publika.az xəbər verir ki, təlimlər Venesuela prezidenti Nikolas Maduronun göstərişi ilə başlayıb.

Rəsmi açıqlamaya görə, məqsəd ölkənin sahil müdafiəsini gücləndirmək və xarici təhdidlərə qarşı hazırlığı artırmaqdır.

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ordu qüvvələrinin ən yüksək hazırlıq səviyyəsinə gətirildiyini və müşahidə, kəşfiyyat əməliyyatlarının aparıldığını bildirib.

Seçilən
81
publika.az

1Mənbələr