AZ

Şəhidimiz polkovnik-leytenant Sadiq Məmmədovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Sadiq Sadəddin oğlu Məmmədov 44 günlük savaş ərzində Sadiq Məmmədov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb və oktyabrın 24-də Hadrutun azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Sadiq Məmmədov 2020-ci ilin 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.

Sadiq Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
56
qht.az

1Mənbələr