AZ

"Ukrayna Donbası Rusiyaya verməlidir"

Ukrayna və Qərb müharibəni dayandırmaq üçün Donbasın Rusiyaya verilməsi imkanını nəzərdən keçirməlidir. "Bakuinfo" xəbər verir ki, bu barədə “Qardian” nəşrində dərc olunan məqaləsində Karnegi Fondunun baş elmi əməkdaşı Kristofer Çivvis bildirib. Ekspertin fikrincə, sanksiyalar və silah tədarükü Moskvanı kapitulyasiyaya məcbur edə bilməz. O qeyd edib ki, “Lukoyl” və “Rosneft” kimi şirkətlərə qarşı yeni məhdudiyyətlər, eləcə də F-16 qırıcıları və “Tomahavk” raketlərinin göndərilməsi belə, müharibənin gedişatını dəyişməyəcək: “Rusiya artıq sanksiyalara uyğunlaşıb, Çinin dəstəyi isə onların təsirini azaldır. İstənilən sülh danışıqları müəyyən güzəştlər tələb edəcək. Donbasın Rusiyaya verilməsi Ukrayna üçün ədalətsiz nəticə olacaq, lakin bu, uzunmüddətli və dağıdıcı müharibədən daha az zərərli seçimdir”.

Seçilən
75
bakuinfo.net

1Mənbələr