GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə yeni iqtisadi müharibəyə start verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat yayıb.
“Tramp Rusiyanın enerji sektorunda sabitliyi pozmaq məqsədilə iqtisadi müharibəni yeni səviyyəyə çatdırıb. O, ölkənin iki ən böyük neft şirkətini qlobal maliyyə sistemindən uzaqlaşdırmağa cəhd etməklə buna nail olub. Sanksiyalar yalnız iki şirkətə təsir etsə də, ciddi şəkildə tətbiq olunarsa, Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilər” – deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl Vaşinqton “Lukoyl” və “Rosneft” şirkətlərinə sanksiyalar tətbiq edib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.