AZ

​​​​​​​BMT-nin Azərbaycandakı Nümayəndəliyi BMT-nin 80 illiyini qeyd edir - VİDEO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyi təşkilatın yaranmasının 80 illiyi münasibətilə paylaşım edib.

Paylaşımda vurğulanır ki, “Birləşmiş Millətlər Təşkilatının xalqları” ifadəsi 80 ildir ki, insanları birləşdirir, sülhün qorunmasına, insan hüquqlarının müdafiəsinə və planetin mühafizəsinə çağırır.

Bəyanatda qeyd olunur:

“Bu Birləşmiş Millətlər Təşkilatı günü birliyimizin gücünü xatırlayaq və birlikdə nələrə nail ola biləcəyimizi göstərək.”

Təşkilat, həmçinin bu gün münasibətilə BMT Baş katibinin xalqlara müraciətini izləməyə çağırıb.

Qeyd edək ki, BMT 1945-ci ilin 24 oktyabrında yaradılıb və hər il bu tarix Birləşmiş Millətlər Günü kimi qeyd olunur.

 

 

Pərvanə Fərhadqızı

Seçilən
83
qht.az

1Mənbələr