ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İrlandiyada prezident seçkisi keçirilir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.
Təxminən 3,5 milyon seçici ölkənin 10-cu prezidentini müəyyənləşdirəcək. Prezident adı uğrunda Ketrin Konnolli və Heter Hamfris mübarizə aparırlar.
Seçicilər seçki bülletenindəki namizədlərdən hər hansı birinə və ya namizədin adının yanına 1 və ya 2 rəqəmlərini yazmaqla iki namizədə də səs verə bilərlər. Namizədin adının yanındakı qutulara yazılmış 1 və 2 rəqəmləri seçicinin prioritet sırası ilə iki namizədi dəstəklədiyini göstərir.
Səsvermə məntəqələri yerli vaxtla saat 22:00-da bağlanacaq, lakin səslərin sayılması sabah başlayacaq. Ölkənin 10-cu prezidenti olacaq şəxs 11 noyabrda keçiriləcək mərasimdə vəzifəsinin icrasına başlayacaq.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.