BAKI, 24 oktyabr. TELEQRAF
“Kürdəmir – Pambıq” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Teleqraf xəbər verir ki, yığıncaqda səhmdarların cəmiyyətdən ayrılması, yeni hüquqi şəxsin yaradılması, səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması, yeni nizamnamələrin, bölünmə balanslarının və təhvil aktlarının təsdiqi, icra orqanlarının formalaşdırılması, dəyişikliklərlə bağlı sənədlərin hazırlanması və səlahiyyətli şəxslərin təyin edilməsi müzakirə ediləcək.
Yığıncaq noyabrın 28-i saat 11:00 -da Kürdəmir rayonunda baş tutacaq.
Qeyd edək ki, “Kürdəmir – Pambıq” ASC-nin nizamnamə kapitalı 316 min 122 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Qəribov Laçın Qaybalı oğludur.