AZ

Analitik: Paşinyanın taleyinin həllinə hələ 11 ay var

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Bu müddət ərzində baş nazirin komandası cəmiyyətdəki etiraz potensialını ölçə biləcək

Məlum olduğu kimi Ermənistanın Korrupsiya əleyhinə məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib. Oktyabrın 20-də Gümrü bələdiyyəsində axtarış həyata keçirilib. Əməliyyat zamanı V.Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıblar. Gümrünün baş memarı Henrik Qasparyan da şəhər merinin ardınca həbs edilib. Bildirilib ki, bir qrup vəzifəli şəxs, o cümlədən baş memar tərəfindən rüşvətxorluq faktı ilə bağlı cinayət işi üzrə saxlanılan daha iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bununla yanaşı, Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın "Öz yolumuzla" hərəkatının üzvü, vəkil Ruben Mxitaryan da "Gümrü iğtişaşları" işi üzrə iki aylıq müddətə həbs edilib. Vəkil aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Məhkəmə həmçinin Gümrü Ağsaqqallar Şurasının üzvü Gevork Qukasyanı da iki ay müddətinə həbs edib. O, həbs edilmiş mer Vardan Qukasyanın qohumudur. Daha əvvəl Vanadzor, Berd, Goris və digər icmaların rəhbərlərinə qarşı da cinayət işləri açılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gümrü şəhərinin meri Vardan Qukasyanın saxlanılması ilə bağlı vəziyyəti şərh edib. Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə baş verən hadisələri diqqətlə izləyir. Çünki Gümrüdə Rusiyanın 102-ci hərbi bazası, Rusiya Baş Konsulluğu və “Rossotrudniçestvo”nun filialı yerləşir. Diplomat əlavə edib ki, şəhər rəhbərliyi müxtəlif Rusiya regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bundan başqa, Gümrüdə "Şərəf təpəsi" memorialı da var. Abidə rus-türk müharibələri zamanı həlak olmuş rus zabitlərinin xatirəsinə ucaldılıb. Zaxarova həmçinin xatırladıb ki, bu ilin avqustunda MDB Dövlət Başçıları Şurası Gümrüyə "1941-1945-ci illərin əmək şöhrəti şəhəri" fəxri adını verib. 

ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a deyib ki, Ermənistanda son aylarda, hətta son həftələrdə baş verən hadisələrin bir izahı var. O da gələn il keçiriləcək seçkilərə hazırlıqdır. Partiya rəhbəri bildirib ki, Ermənistanda yaşananlara həm erməni Kilsəsi ilə bağlı proseslər, həm S.Karapetyanın həbsi, Gümrü merinin saxlanması 2026-cı ildə keçiriləcək parlament seçkilərindən öncə baş verən hadisələr kontekstində baxmaq lazımdır:

Seçilən
62
sherg.az

1Mənbələr