AZ

İsrail təşvişdə: Bütün planlar alt-üst oldu, Türkiyə bölgədə görün nə edir

İsrailin “Davar” qəzeti Türkiyənin Qəzza məsələsindəki rolunun Təl-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb. Nəşr qeyd edib ki, Ankara artıq regionda diplomatik deyil, hərbi və strateji güc kimi qəbul edilir.

Publika.az xəbər verir ki, nəşrə danışan Tel-Əviv Universitetinin Türkiyə üzrə eksperti Hay Eytan Cohen Yanarocak, Türkiyənin Qəzzaya hərbi müdaxilə ehtimalının İsrail üçün “qırmızı xətt” olduğunu bildirib:

“Türkiyə ordusunun Qəzzaya girişi İsrailin təhlükəsizliyi üçün ən böyük risk sayılacaq və bütün planları alt-üst edə bilər”.

Ekspertin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan yalnız Fələstin məsələsində deyil, bütün müsəlman coğrafiyasında öncül lider kimi çıxış edir: “Türkiyə bölgədə nüfuzunu artırmaq, geniş coğrafiyada təsir sahibi olmaq istəyir. İsrail isə bu hədəfin qarşısında əsas maneə kimi görünür”.

Seçilən
80
publika.az

1Mənbələr