AZ

Avropa liderləri Romada miqrasiya problemlərini müzakirə edəcəklər

Roma, 24 oktyabr, AZƏRTAC

Avropa ölkələrinin liderləri noyabrın 5–də İtaliyanın paytaxtı Romada miqrasiya problemlərinə dair yüksəksəviyyəli görüş keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında deyilir. Bildirilir ki, bu barədə miqrasiyaya qarşı innovativ həllərdə maraqlı olan Avropa İttifaqına (Aİ) üzv bəzi dövlətlərin rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə qərar qəbul edilib. Görüşdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Danimarkanın Baş naziri Mette Frederiksen, Niderlandın Baş naziri Dik Sxof, eləcə də Avropa Komissiyasının, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Yunanıstan, Latviya, Malta, Polşa və İsveç kimi ölkələrin rəsmiləri iştirak ediblər.

“Liderlər Aİ və Avropa Şurası səviyyələrində, eləcə də digər beynəlxalq platformalarda sıx əməkdaşlığı davam etdirmək və miqrasiya axınlarının nizamlı idarə olunmasına Avropa yanaşmasını daha effektiv şəkildə təşviq etmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
33
1
azertag.az

2Mənbələr