Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Missiya.Az xəbər verir ki, bununla bağlı Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar facebook səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
Cənab Prezidentin 2013-cü ildə "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərhələsindəki çıxışından:
" Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim".
Ötən illər ərzində dövlətin mediaya dəstək siyasətinin proqram mahiyyətli olduğunu göstərən çox nümunələrə şahidlik etdik.
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində Media subyektlərinə daha 3 il vergi güzəştlərinin tətbiq olunmasının nəzərdə tutulması da dövlətin medianın inkişafına dəstək siyasətinin davamlılığını göstərir.
Vergi güzəştləri az gəlirli sahənin inkişafına böyük dəstəkdir!
Nurlana ƏhmədovaMissiya.Az