Hindistanda 74 yaşlı kişi öldükdən sonra dəfninə kimlərin gələcəyini öyrənmək üçün özünü yalandan ölülüyə vurub.
Ölkə.Az xəbər verir ki, hadisə Bihar əyalətinin Konçi kəndində baş verib.
Vaxtilə hərbi aviasiyada xidmət etmiş 74 yaşlı Mohan Lal öülm elanı verib və yalandan dəfn mərasimi təşkil edib.
Dəfn mərasiminə yüzlərlə insan qatılaraq dini ritualları yerinə yetirib.ülün yandıralacağı zaman Mohan ayağa duraraq hər kəsi şoka salıb.
“Ölümdən sonra insanlar tabutu daşıyır, amma mən bunu şəxsən görmək və insanların mənə nə qədər hörmət və sevgi göstərdiklərini bilmək istədim”, - deyə M.Lal söyləyib.
Saxta yasda ictimaiyyətin marağı və hörməti Mohanı həm təəccübləndirib, həm də sevindirdi.
Mərasimdən sonra kəndlilərdən üzr istəmək istəyən Mohan Lal onlar üçün böyük bir ziyafət təşkil edib.
Billurə
