ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov informasiya təhlükəsizliyinin önəminə diqqət çəkib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Deputat bildirib ki, son günlər yayılan təxribat xarakterli məlumatlar göstərir ki, informasiya təhlükəsizliyi təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır.
“Bu gün informasiya sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Məlumatların kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə zərər verə bilər”, – deyə Ceyhun Məmmədov vurğulayıb.
Deputat xatırladıb ki, ikinci Qarabağ müharibəsi zamanı ölkəmizə qarşı həm hərbi, həm də informasiya müharibəsi aparılıb:
“O dövrdə yayılan saxta xəbərlər ordumuzun iradəsini zəiflətmək və xalq arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dövlətin koordinasiyalı fəaliyyəti bu cəhdləri boşa çıxardı”.
Ceyhun Məmmədov hər bir vətəndaşa çağırış edib:
“Hər birimiz paylaşdığımız məlumatın mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməliyik. Təxribat xarakterli yazılara və saxta hesablardan yayılan məlumatlara alət olmamalıyıq. İnformasiya silahı ya gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir”.
Aidə Qurbanlı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.