Bakı. Trend:
Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğluXəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyinedilib.
Trend-inməlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında bununlabağlı müvafiq qərar səsverməyə qoyularaq qəbul edilib.
Həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimiFəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibatiMəhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov,Fərid İlham oğlu Mədətli, Günel Arif qızıSevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininsədri Qasımov Vidadi Kamal oğlu Bakı ApellyasiyaMəhkəməsinin hakimi təyin ediliblər.
Bundan əlavə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimiƏkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəriSuraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğluMəmmədov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyinediliblər.