
Bu gün səhər Rusiya ordusu Xersondakı yaşayış məntəqələrinə kütləvi artilleriya hücumu təşkil edib.
Reyting.az xəbər verir ki, Ukrayna KİV-lərinə istinadla bildirir ki, iki nəfər həlak olub, bir yeniyetmə də daxil olmaqla, ən azı 14 nəfər yaralanıb.
"İtkilər barədə məlumatlar dəqiqləşdirilir", - deyə Xerson prokurorluğu bildirib.
Hücum zamanı yaralananların hamısı küçələrdə və ya evlərində olub. Atəş nəticəsində şəxsi və çoxmənzilli binalara, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib.
V. QULİYEV