AZ

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Bakı. Trend:

Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarınınqorunmasını əsas məsuliyyəti hesab edir. Son dövrlərdə dələduzluqsxemlərinin müxtəlif formalarla artması fonunda Bank genişmiqyaslıtəhlükəsizlik tədbirləri və maarifləndirici kampaniyalar həyatakeçirir. Məqsəd - həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm dəmüştərilərin riskləri vaxtında tanımasına kömək etməkdir.

Bankın gördüyü əsas təhlükəsizliktədbirləri:

  • 24/7 Fraud Monitoring (fırıldaqçılıqmonitorinqi): Tranzaksiyaları avtomatik analiz edənsistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyatsahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatıdəqiqləşdirmək üçün zəng edilir.
  • Analitika komandası: Rəqəmsal dələduzluqhallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraqyeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analizedərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraqeffektiv qabaqlayıcı həll yollarıformalaşdırılır.
  • 3D Secure və tokenizasiya: Onlayn ödənişlərdəəlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsizsaxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.
  • Mobil tətbiqdə ödəniş nəzarəti: Müştəriyəkartı bir toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərintəyini və əməliyyat bildirişləri funksiyaları təqdim edilir.
  • Biometrik və çoxfaktorlu autentifikasiya:Hesab girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatlarıdavamlı gücləndirilir.
  • İstənilən şübhəli halların operativaraşdırılması: Bankın təhlükəsizlik komandası və müştərixidmətləri şübhəli əməliyyatları dərhal araşdırır və müvafiqprosedurlarını tətbiq edir.
  • Rəsmi, doğrulanmış kanallar: Unibank yalnızmavi nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; banktərəfindən göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalıkanallardan gəlir.

Müştərilər üçün praktik tövsiyələr:

  • Məlumatlarını heç kəslə paylaşma! Kartnömrəsi, CVV və mobilə gələn 3D Secure kodunu heç kimə vermə.
  • SMS-dəki 3D Secure mətnini yoxla: Kod gələnSMS-də ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstədüşməlidir.
  • Pul köçürmə təkliflərinə diqqət et: Kartdakıvəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləqimtina et.
  • Rəsmi səhifələri izlə: Sosial mediada yalnız“Unibank”ın mavi nişanlı səhifələrini izlə və şübhəli mesajlarıyoxla.
  • Şübhəli kredit, kart, uduşlu kampaniyalarainanma: Sosial şəbəkələrdən gələn “xüsusi təklif” və ya“sənə aid hesab” tipli mesajlara daxil olma.
  • Bank adından zəng etsələr belə məlumat vermə:Bank əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kodistəmir.

Əgər şübhəli əməliyyat görsəniz - nəetməli?

Dərhal Unibank mobil tətbiqindən kartınızı bloklayın və ya 117Müştəri xidməti ilə əlaqə saxlayın, bankın rəsmi sosial şəbəkələriüzərindən müraciət edin.

Təhlükəsizlik həm bankın, həm də hər bir müştərinin birgəməsuliyyətidir. Birlikdə güclüyük!

Unibank – Sənin Bankın!

Məqalədə:
Seçilən
75
10
az.trend.az

10Mənbələr