AZ

Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi təxirə salındı Avropa risk etməkdən çəkinir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərin Ukraynaya yardım məqsədilə istifadəsi ilə bağlı qərarı hələlik təxirə salıb.

“AzPolitika” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, qərarın gecikməsinə Belçikanın əlavə hüquqi təminatlar tələb etməsi səbəb olub. Brüssel bu aktivlərin istifadəsindən doğa biləcək potensial risklərə görə məsuliyyət daşımaq istəmir və daha güclü hüquqi zəmanətlər istəyir.

Mənbələrin bildirdiyinə görə, Aİ liderləri Avropa Komissiyasına məsələ ilə bağlı müxtəlif variantlar hazırlamağı tapşırıblar. Bu təkliflərin növbəti Aİ sammitində müzakirə ediləcəyi və yekun qərarın ilin sonunadək qəbul olunacağı gözlənilir.

“Bloomberg”in əvvəlki məlumatına əsasən, ABŞ Avropa tərəfdaşlarının dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya “reparasiya krediti” ayrılması təşəbbüsünə qoşulmaqdan imtina edib. Vaşinqton bu addımı qlobal maliyyə bazarlarının sabitliyinə risk kimi qiymətləndirir.

Aİ-nin planına görə, Kiyev dondurulmuş Rusiya aktivlərindən təxminən 140 milyard avro maliyyə vəsaiti əldə edə bilər. Hazırda dünyanın müxtəlif ölkələrində ümumilikdə 280 milyard avro dəyərində Rusiya aktivləri dondurulub. Ukrayna bu vəsaiti yalnız o halda qaytarmaq öhdəliyinə malik olacaq ki, Rusiya gələcəkdə rəsmi şəkildə reparasiya ödəməyə razılaşsın.

Brüssel xüsusilə vurğulayır ki, söhbət aktivlərin **müsadirəsindən** deyil, yalnız **onların istifadəsindən** gedir.

Moskva isə bu planları “qanunsuz və oğurluqla eyniləşən” addımlar adlandıraraq, Aİ-ni beynəlxalq hüququ pozmaqda ittiham edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
azpolitika.info

1Mənbələr