AZ

"Azərbaycanda bir hakim bir gündə yeddi boşanmaya baxır" - Siyavuş Novruzov

"Prezident tərəfindən məhkəmə-hüquq islahatları Azərbaycanda çox uğurla gedir, uğurla həyata keçirilir. Ardıcıl şəkildə həyata keçirilir və hesab edirəm ki, bu məsələlər digər sahələrdə də getdikcə sürətləndirilməlidir. Bu gün hörmətli Nizami müəllim qeyd elədi, altı mindən yuxarı bizim hakimimiz var, bu günləri məhkəmə qərarlarını icra etmək formatında yaradılır".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli Məclisin iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

"Təsəvvür eləyin, statistikanın bizə verdiyi məlumata görə, bizdə ildə 13 min adam boşanır. Deməli əgər götürsək mülkiyyət münasibətlərini, mənzili, digər cinayət prosesində baş verən hadisələri, başqa hadisələri, demək olar ki, bir hakim bir gündə yeddi boşanmaya baxır. Yeddi boşanmaya. Burda da prosedur qaydalarında müəyyən problemlər ortaya çıxır, operativ şəkildə qərarların qəbul olunması, onlar arasında olan mülkiyyət münasibətlərinin düzgün həll olunması. Mən hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Şurası imtahanları keçirir. Bəlkə də bu imtahanları bir azca yüngülləşdirmək lazımdır, ordakı qaydaları dəyişmək lazımdır ki, hakimlərin sayı çoxalsın ki, bu qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq hüquqa uyğun şəkildə qərarlar qəbul olunsun. O baxımdan yenə deyirəm, bu təqdim olunan layihəyə əsas verəcəm. Mən hesab edirəm ki, gələcəkdə bu məsələlərə diqqət yetirmək vacib olan məsələlərdən biridir", - deyə o yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
54
1
redaktor.az

2Mənbələr