AZ

Bakının mərkəzində tıxaca son qoyacaq TƏKLİF

"Son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məmmədov deyib.

O bildirib ki, bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir seçim var - cənab İlham Əliyev:

"Nə Mehdiyev, nə onun radikal müxalifətdəki "balaları", yaxud "mitinq kuklaları" Azərbaycan xalqının gözündə heç zaman cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil. Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək. Amma dəyişməyən bir reallıqlar var ki, neobolşevik təfəkkürü ilə ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə, bu, xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır".

Seçilən
46
avtosfer.az

1Mənbələr