AZ

"Hakim bir gündə 7 boşanmaya baxır" - Deputat hakimlərin sayının azlığından danışdı

"Bizim 600-dən yuxarı hakimizi var, məhkəmə qərarlarını icra edir. Statistikanın bizə verdiyi məlumata görə, bizdə ildə 13 min adam boşanır. Demək olar ki, bir hakim bir gündə 7 boşanmaya baxır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Ona görə də hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Hüquq-Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın ki, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olsun”, - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə bildirib ki, bu imtahanları sadələşdirmək olmaz.

Anar Kəlbiyev

Seçilən
50
40
unikal.az

10Mənbələr